Cəlilabadın sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırılıb
Cəlilabadın sabiq baş memarı Sahil Qəmbərli və sabiq bələdiyyə sədri Mehdi Kərimovun cinayət işi üzrə verilmiş apellyasiya şikayəti və protesti əsasında keçirilən məhkəmə prosesi baş çatıb.
Far.Az "Report"a istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərin verdikləri apellyasiya şikayətləri təmin edilməyib. Dövlət ittihamçısının sabiq bələdiyyə sədri Mehdi Kərimov barəsində verdiyi apellyasiya protesti isə təmin edilib.
Belə ki, onun barəsində birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi ( Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməsinə dair müddəalar çıxarılıb.
Yeni hökmlə Mehdi Kərimova 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
Qeyd edək ki, sözügedən şəxslər 2023-cü ildə Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin Cəlilabad rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Qənbərli 8 il və M.Kərimov isə 6 il müddətinə azadlıqdan məhrum edilmişdilər.
Onlar Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinirlər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İnsan alverində təqsirləndirilən şəxs həbsxanada ölüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













