

Sumqayıtda qardaşlar arasında mübahisə qanla bitib
Sumqayıt şəhərinin Corat qəsəbəsində ailədaxili münaqişə zamanı iki qardaş bir-birinə ağır xəsarətlər yetirib.
Far.Az "Report"a istinadən xəbər verir ki, hadisə 1982-ci il təvəllüdlü Əsgərov Nəcəf Raqib oğlu ilə qardaşı, 1985-ci il təvəllüdlü Əsgərov Mehti Raqib oğlu arasında baş verib.
İlkin məlumata görə, mübahisə zamanı Nəcəf Əsgərov qardaşına dəmir parçası ilə baş nahiyəsindən zərbə endirib. Mehti Əsgərov isə cavab olaraq əlində olan bıçaqla Nəcəf Əsgərovu yaralayıb.
Hər iki şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Təcili Tibbi Yardım Xəstəxanasına 2 nəfər (kişi cinsli) hospitalizasiya olunub. Bazu və saidin kəsilmiş yarası, kəllənin kəsilmiş çoxsaylı yaraları diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib: "Hazırda 1 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti qənaətbəxşdir. Vəziyyəti stabil olan digər şəxs isə ambulator müalicə üçün evə buraxılıb".
Qeyd edək ki, 1985-ci il təvəllüdlü Mehti Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb.Digər qardaşın isə müalicəsi davam etdirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Əsir düşən azərbaycanlılara verilən işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Barselona" böyük hesabla məğlub oldu
-
FHN-in karateçiləri III MDB Oyunlarında yüksək nəticələr əldə edib
-
İdman zallarında gizlənmiş risklər - Sağlamlığımızı qoruyarkən həyatımızı itirməmək üçün nə etməliyik?
-
Sənədsiz evlər problemi: Yüzlərlə ailə çıxarış gözləyir
-
Vətən müharibəsi iştirakçısı 27 yaşında vəfat etdi
-
Xalq artisti: "Bir gün hər şeyi itirəcəksən"