Hikmət Hacıyev: Minalar həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir
"Minalar təkcə keçmişin qalıqları deyil, həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir."
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz "X" hesabında yazıb.
O bildirib ki, Kəlbəcərin dağlarında Ermənistanın işğal dövründə yerləşdirdiyi piyada əleyhinə minaların qurbanı bu dəfə it olub.
"Şükürlər olsun ki, Azərbaycan hərbi həkim briqadasının çevik müdaxiləsi ona təcili tibbi yardım göstərilməsini təmin edib. Onun həyatı artıq təhlükə altında deyil.", - Prezidentin köməkçisi bildirib.
O həmçinin qeyd edib ki, 2020-ci ildən bəri 400-dən çox Azərbaycan vətəndaşı və hərbçisi Ermənistanın yerləşdirdiyi minaların qurbanı olub.
Bundan başqa o onu da xatırladıb ki, yerin altında basdırılan minalar torpağın eroziyasına səbəb olur və yerli bitki örtüyünü də məhv edir.
Landmines are not just remnants of the past — they are an ongoing danger to both humans and animals.
— Hikmet Hajiyev (@HikmetHajiyev) July 30, 2025
In the mountains of Kalbajar, this time a dog has become a victim of anti-personnel landmine planted by Armenia during the period of occupation.
Thankfully, quick intervention… pic.twitter.com/bSSfVjJksw
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir













