Ahıllıqla axmaqlığı səhv salan Mixalkovun sərsəm iddialarına Baku TV-dən cavab
Avqustun 1-də "Besoqon TV" kanalında Nikita Mixalkovun müəllif layihəsinin növbəti bölümü yayımlanıb. Təəssüf ki, son illərin ən yaxşı sovet və Rusiya rejissorlarından biri, Azərbaycan yazıçısı və ssenaristi mərhum Rüstəm İbrahimbəyovla tandemdə birdən çox filmlər üzərində işləmiş Mixalkov ölkəmiz əleyhinə siyasi təbliğata qoşulub.
Far.Az xəbər verir ki, bu barədə "Baku TV RU"nun süjetində deyilir.
"Bəziləri üçün iyrənc, bəziləri üçün sui-qəsd nağılları ilə dolu bu layihə ciddi şəkildə yuxarıdan verilən əmrlərə uyğun olaraq hazırlanır. Verilişlər heç vaxt ölkə rəhbərliyinin mövqeyi ilə ciddi şəkildə ziddiyyət təşkil etmir. 1 avqust sayı isə "nankor" keçmiş sovet respublikalarına, xüsusən də Azərbaycana həsr olunub.
Mixalkovun "bütün xalqlar üçün mütləq nemət" olan sovet keçmişini tərənnüm edən nitqi onun sovet dövrünü pisləyən alovlu çıxışlarına qulaq asmayanlara inandırıcı gələ bilər. İndi avtokratiyanı hərarətlə müdafiə edən, vaxtilə demokratik dəyərlərdən danışan, Yeltsin və ətrafına təriflər yağdıran həmin o Mixalkov deyilmi? Axı o, 1999-cu ildə Boris Berezovskinin seçki kampaniyasında iştirak edib", - deyə süjetdə qeyd olunur.
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir













