Azərbaycan və Gürcüstan baş nazirləri görüşüb
Far.Az xəbər saytı

Azərbaycan və Gürcüstan baş nazirləri görüşüb


Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 5-də Gürcüstanın Baş nazirİ İrakli Kobaxidze ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Far.Az-ə verilən xəbərə görə, Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.

İrakli Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, energetika, humanitar və digər istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər