Bu uçan həşaratlar yaşlanmağın qarşısını ala bilər
Far.Az xəbər saytı

Bu uçan həşaratlar yaşlanmağın qarşısını ala bilər


İngiltərənin Lester şəhərindəki Lester ictimai tədqiqat universitetinin alimləri qeyri-adi araşdırma aparıblar. 

Far.Az xəbər verir ki, onlar yaşıl rəngli eşşək arısının qısa müddətli də olsa ömrü artırdığını ortaya çıxarıblar. 

DNT metilasiya sistemi...

Bu sistem hüceyrələrin müxtəlif funksiyalara uyğunlaşmasını təmin edən bioloji mexanizmdir və bu mexanizm sayəsində  eşşək arıları yetkinlik yaşına çatmamış qocalmanı faktiki olaraq "dondura" bilir.

"Mirror"un məlumatına görə, təcrübələr göstərib ki, bu canlılar erkən bir növ "fasilə" verərək bioloji qocalma prosesini dayandırır və beləliklə də ömrünü üçdə bir artırır.

İnsanlarda bioloji qocalma qırışlar və ya saçların ağarması kimi aşkar simptomlarla müşahidə oluna bilsə də, hüceyrə quruluşunun pozulması kimi digər əlamətlər daha ətraflı testlər vasitəsilə aşkar edilə bilər.

Lester Universitetinin bu araşdırması onurğasızlarda bioloji qocalmanın birbaşa idarə oluna biləcəyinə dair ilk konkret sübutdur.

Alimlər hesab edirlər ki, bu tapıntı həm də insanın qocalmasını anlamaq üçün yeni yollar aça bilər.

Xatırladaq ki, bu həşaratlar ilk dəfə 1998-ci ildə Böyük Britaniyada görülüb. 

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər