Geyimi başına bəla olan MƏŞHURLAR - SİYAHI
Məşhurlar tez-tez qırmızı xalıda və mərasimlərdə diqqət mərkəzində olurlar. Daha çox diqqət çəkən isə onların zaman-zaman geyimləri ilə bağlı yaşadıqları xoşagəlməz hadisələrdir. Bəzi məşhurların geyim qəzaları isə indiyədək unudulmayıb. Buna moda dilində "wardrobe malfunction" deyilir. Bəs görəsən bu günə qədər hansı dünya məşhurları bu xoşagəlməz halı yaşayıb?
BAKU.WS saytı səhnədə və tədbirdə geyim qəzası yaşayan məşhurların isyahısını təqdim edir:
Müğənnilər Canet Cekson və Castin Timberleyk
Bu, bəlkə də dünyada hələ də heç kimin unutmadığı geyim qəzasıdır. Hadisə 2004-cü ildə Canet Cekson və Castin Timberleykin konserti zamanı yaşanıb. Castin səhnədə Canetin paltarının bir hissəsini yırtıb və sinəsi canlı yayımda görünüb. Bu hadisədən sonra ABŞ-də "wardrobe malfunction" ifadəsi məşhurlaşıb.
Aktrisa Emma Uotson
Emma "Noah" filminin premyerasında geyindiyi açıq arxalı don səbəbilə alt paltarı görünmüşdü. Fotolar internetdə geniş müzakirələrə səbəb olmuşdu.
Aktrisa Sofiya Verqara
Soffiyanın 2012-ci ildə "Emmy" mükafatları mərasiminə geyindiyi uzun libasının arxası yırtılıb. O bunu zarafatla qarşılayaraq həmin an çəkilənfotonu da instaqram hesabında paylaşmışdı.
Müğənni Beyons
Səhnədə hərəkətli performanslar sərgiləyən Beyons tez-tez geyimi ilə bağlı problem yaşayıb. Onun konsertlərindən birində paltarının açılması təhlükəsi yaranmışdı, lakin o, bunun peşəkarcasına qarşısını alıb.
Model Bella Hadid
Model Bellanın 2016-ci ildə Kann Film Festivalında geyindiyi çəhrayı rəngli libası başına bəla olmuşdu. Açıq-saçıq paltarda Bellanın alt geyimi görünmüşdü. Sözügedən görüntülər mətbuatda geniş müzakirələr yaratmışdı.
Müğənni Niki Minaj
Müğənni Niki Minaj MTV Musiqi Mükafatları mərasimində səhnədə olarkən onun geyimi tamamilə açılmışdı. Lakin ifaçı çıxışını dayandırmadan vəziyyəti nəzarətə ala bilmişdi.
Aktria Cennifer Laurens
Aktrisanın indiyədək geyim qəzası olmasa da, o "Oscar" alarkən pilləkanlarda yıxılmışdı. Onu "Dior" geyimi uzun olduğundan ayağına ilişmişdi.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
-
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
-
SEPAH: Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir













