MÜTDA MİQ-in vakansiya seçimi ilə bağlı etirazlara cavab verib
Far.Az xəbər saytı

MÜTDA MİQ-in vakansiya seçimi ilə bağlı etirazlara cavab verib


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Müəllimlərin İşə Qəbulu üzrə vakansiya seçimi ilə bağlı etirazlara cavab verib.

Far.Az xəbər verir ki, Agentlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, son illər keçirilmiş müsabiqələrin nəticəsində işə qəbul edilmiş və təhsilverənlərin sertifikatlaşdırma prosesini uğurla tamamlamış müəllimlərin orta dərs yükü əhəmiyyətli şəkildə artmış, təhsilalanların keyfiyyətli təhsilə çıxış imkanı genişləndirilib.

"Prosesin davamı olaraq bu il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə çıxarılan yerlər detallı təhlil edilərək müəllimlərin işə qəbul, sertifikatlaşdırma və diaqnostik qiymətləndirmə nəticələri, mövcud müəllimlərin orta dərs yükü, mövcud müəssisələrdəki müəllimlər sıxlığı nəzərə alınıb. Nəticədə bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilkin vakansiya seçimi mərhələsinə 7000-ə yaxın vakant yer çıxarılıb. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, ənənəvi olaraq bu mərhələdə tutulmayan, həmçinin yaranan yeni vakant yerlər ilboyu elan ediləcəkdir", - Agentlikdən vurğulanıb

Qeyd edək ki, 6 avqust tarixindən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılıb. Namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə start verilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər