Vaşinqton Bakı ilə İrəvan arasında tezliklə sülh sazişinin əldə edilməsində maraqlı olduğunu təsdiqlədi
Far.Az xəbər saytı

Vaşinqton Bakı ilə İrəvan arasında tezliklə sülh sazişinin əldə edilməsində maraqlı olduğunu təsdiqlədi


ABŞ Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişinin əldə edilməsində maraqlı olduğunu bir daha təsdiqləyib.

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Tommi Piqott keçirdiyi brifinqdə deyib.

"ABŞ prezidenti Donald Tramp və Dövlət katibi Marko Rubio dəfələrlə tez bir zamanda razılaşmaya (Bakı ilə İrəvan arasında - red.) ümid etdiyini bildiriblər. Hər ikisi öz çıxışlarında bunu vurğulayıblar. Dövlət katibi hər fürsətdə bu məsələni gündəmə gətirir", - o bildirib.

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün imzalanması, eləcə də ABŞ-nin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi ilə bağlı sualları cavablandıran Dövlət departamentinin nümayəndəsi Ağ Evdəki görüşün nəticələrinin elan olunmasını gözləməyi tövsiyə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İran və Rusiyanı üz-üzə qoyan Zəngəzur dəhlizi: Azərbaycanın "B" variantı - TƏHLİL
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər