Donald Tramp 907-ci düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq
ABŞ Prezidenti Donald Tramp "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində avqustun 8-də imzalanacaq.
Prezident İlham Əliyev ilə amerikalı həmkarı Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olan bu sənəd 33 il əvvəl Azərbaycanın məruz qaldığı ədalətsizliyə son qoymuş olacaq.
Xatırladaq ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə rəsmi Bakının Ermənistana guya "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsinə qadağa qoyan qanunu qəbul edib.
Sonrakı dövrlərdə ABŞ prezidentləri 907-ci düzəlişin icrasını müvəqqəti dayandırsa da, Bayden-Blinken administrasiyası bu ədalətsiz qərarı yenidən qüvvəyə mindirərək, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda idarəçilik modeli yenilənir
-
DÇ-2026: Cənubi Koreya Çexiya üzərində əzmkar qələbə qazanıb
-
TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib
-
9 nəfər işdən çıxarılıb, 31 nəfər məsuliyyətə cəlb edilib - TƏBİB
-
Azərbaycanda vergi borcları 3,3 milyard manatı keçib
-
Milli Məclis Qurtuluş günü ilə bağlı Prezidentə və Birinci vitse-prezidentə təbrik ünvanlayıb













