Azərbaycanın logistik marşrutlarına Ermənistanın inteqrasiyası ABŞ-Rusiya əlaqələrinə müsbət təsir göstərəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın logistik marşrutlarına Ermənistanın inteqrasiyasının ABŞ və Rusiya Federasiyası (RF) arasında qarşılıqlı əlaqələrə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.
Nikol Paşinyan xatırladıb ki, Ermənistanın 30 il ərzində Rusiya ilə dəmir yolu əlaqəsi olmayıb, indi isə İrəvan Mərkəzi Asiya ilə də əlaqə əldə edəcək, Çinin regiona çıxışı olacaq.
O qeyd edib ki, Ermənistan dəmir yolları Rusiya Federasiyasının nəzarəti altındadır. Nikol Paşinyan Rusiyanın İcevan-Razdan və İcevan-Qazax dəmir yollarının bərpasına investisiya qoymaqda maraqlı olacağını da ehtimal edib: "Əlbəttə, Azərbaycanın razılığı da lazım olacaq".
Onun sözlərinə görə, Ermənistan həmçinin əvvəllər olmayan İranla dəmir yolu əlaqəsi, Çin də Şərqə yeni marşrut əldə edir: "Bu, RF və ABŞ arasında iqtisadi qarşılıqlı əlaqə üçün yaxşı imkan ola bilər".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Neft sisternlərindən transkontinental qatarlara: Azərbaycan dəmir yollarının inkişaf yolu və nailiyyətləri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir













