Kipr XİN: Azərbaycan və Ermənistan Vaşinqtonda tarixi saziş imzalayıblar
Far.Az xəbər saytı

Kipr XİN: Azərbaycan və Ermənistan Vaşinqtonda tarixi saziş imzalayıblar


Kipr Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə tarixi sülh müqaviləsinin paraflanmasını alqışlayır.

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Kipr Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Bu tarixi razılaşma Ermənistan və Azərbaycan arasında suverenliyin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması əsasında münasibətlərin normallaşması prosesinə tam hörmətlə yanaşmaqla regionda davamlı sülh və əsl rifah üçün təkan və böyük perspektivlər yaradır", - məlumatda deyilir.

Kipr XİN həmçinin bu razılaşmanın reallığa çevrilməsində oynadığı mühüm rola görə ABŞ Prezidentini də təbrik edib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" sazişi paraflayıblar.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Vaşinqtonda Azərbaycan KİV nümayəndələrinə müsahibə verib
Əsrə bərabər gün - İlham Əliyevin Vaşinqtonda tarixi zəfəri - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər