Yunanıstan mediası: Ağ Evdə tarixi sülh - Ermənistan və Azərbaycan yeni səhifəyə qədəm qoydu
Far.Az xəbər saytı

Yunanıstan mediası: Ağ Evdə tarixi sülh - Ermənistan və Azərbaycan yeni səhifəyə qədəm qoydu


Yunanıstanın nüfuzlu media orqanları Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan Birgə Bəyannaməni geniş işıqlandırıb.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "Naftikachronika" nəşri yazır ki, "Şəhadətli razılaşmada tərəflər münaqişəyə tamamilə son qoyacaq, ticarət və diplomatik əlaqələri bərpa edəcək, suverenlik və ərazi bütövlüyünü qarşılıqlı tanıyacaqlarını bəyan ediblər".

Bu addımın "Ağ Evdə tarixi sülh sənədi" imzalamaqla nəticələndiyi vurğulanır. Məqalədə, həmçinin sülh prosesində Trampın roluna görə Nobel Sülh Mükafatına layiq görülməsi ideyası qeyd olunub.

"Tanea" xəbər portalına görə isə Tramp Vaşinqton görüşünün "Sülhü yekunlaşdırdığını" təsdiqləyib və liderlərin sammitə qarşılıqlı inam atmosferində qatıldığı qeyd olunub.

"Business Daily" nəşri qeyd edir ki, bu görüş "dörd onillik münaqişəyə son qoyan" və Moskvanın bölgədəki təsirini şüurla azaltmağa yönəlik strateji addım kimi qəbul edilib.

"Capital.gr" saytı, "CNN Greece" televiziyası və digər media qurumları da Vaşinqton razılaşmasını işıqlandırıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Vaşinqtonda Azərbaycan KİV nümayəndələrinə müsahibə verib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər