Hakan Fidan: "Türkiyə Zəngəzur layihəsindən məmnundur"
Far.Az xəbər saytı

Hakan Fidan: "Türkiyə Zəngəzur layihəsindən məmnundur"


"Türkiyə Zəngəzur dəhlizinə dair Bakı ilə İrəvan arasında əldə olunan razılaşmanı alqışlayır".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan misirli Bədr Əbdüləti ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

O bildirib ki, Zəngəzur dəhlizi nəzərdə tutulduğu kimi reallaşarsa, bu, Avropadan Asiyanın dərinliklərinə qədər uzanacaq problemsiz nəqliyyat dəhlizinin mühüm qolu olacaq: "Dəhliz Türkiyəni Qafqaz və Xəzər dənizi vasitəsilə təkcə Orta Asiyaya deyil, həm də birbaşa türk dünyasına birləşdirəcək çoxməqsədli bir yol olacaq. Bu yol türk dünyasını Türkiyə üzərindən Avropaya, Avropanı isə Türkiyə üzərindən Asiyanın dərinliklərinə bağlayacaq. Mən bunun çox faydalı bir yol olacağına inanıram. Ümid edirəm ki, tezliklə həyata keçiriləcək", - XİN rəhbəri qeyd edib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Dəmir Yolları: 145 illik zəfər marşrutu və geosiyasi uğur hekayəsi
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər