Ali Radanın komitə sədri: Azərbaycan və Ermənistan nəhayət Rusiyaya baxmadan əməkdaşlıq etmək imkanı əldə edir
Ukraynada Azərbaycan və Ermənistan arasında Donald Trampın iştirakı ilə Vaşinqtonda əldə edilmiş razılaşma son dərəcə müsbət qarşılanır.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında, Ukrayna Ali Radasının komitə sədri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Nikita Poturayev bildirib.
Onun fikrincə, Rusiya Federasiyasının dünyanın istənilən bölgəsində mövqelərinin zəifləməsi, sabitliyin güclənməsinə və təcavüzkarın yaxın və uzaq qonşularına qarşı işğalçı və təcavüzkar siyasətini davam etdirmək üçün daha az imkan əldə etməsinə gətirib çıxarır:
"Bu razılaşmalar şübhəsiz ki, həm Ermənistan, həm də Azərbaycan üçün son dərəcə müsbətdir, hər iki ölkə qarşısında çox yaxşı və uzunmüddətli perspektivlər açır. Çünki nəhayət bu ölkələr - Azərbaycan və Ermənistan Rusiyaya baxmadan birbaşa təmasla əməkdaşlıqlarını inkişaf etdirmək imkanı əldə edirlər".
O, qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsi göstərdi ki, ölkələr öz gücləri hesabına məsələni həll edə bilirlər:
"Rusiya ona qədər erməni ordusunu yalnız öz maraqları naminə silahlandırırdı. Bu onun Ermənistan ilə vicdanlı müttəfiqliyi deyildi. Ümumiyyətlə, bu, Rusiyanın Ermənistana münasibətinin daha bir nümunəsidir. Bu, məhz Rusiyanın dostlarının, müttəfiqlərinin olmadığının, yalnız digər ölkələri və xalqları istismar etmək maraqlarının olduğunun çox əyani nümunəsidir".
N.Poturayev bəyan edib ki, Azərbaycan və Ermənistanın artıq qarşılıqlı anlaşmanın belə səviyyəsini nümayiş etdirmələri, şübhəsiz ki, rəsmi Bakının etibarlı tərəfdaş olduğunu göstərdi.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir













