Hava həyəcanı səbəbindən Polşanın hava limanında təxliyə həyata keçirilib - Yenilənib
Far.Az xəbər saytı

Hava həyəcanı səbəbindən Polşanın hava limanında təxliyə həyata keçirilib - Yenilənib


Polşada elan edilmiş hava həyəcanı ilə əlaqədar olaraq Hava Naviqasiya Xidməti Agentliyinin rəhbərliyi ilk dəfə olaraq Jeşuv-Yasyonka hava limanının dispetçer qülləsinin işçi heyətinin təxliyəsi barədə qərar qəbul edib.

"Far.Az" Polşa mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin infrastruktur naziri Dariuş Klimçak bildirib.

Onun sözlərinə görə, müvəqqəti sığınacaqda 9 nəfər, o cümlədən əməliyyat şöbəsinin 6 əməkdaşı var.

Polşa və onun NATO üzrə müttəfiqlərinin aviasiyası Ukraynadakı hava həyəcanı fonunda növbə çəkir.

"Far.Az" xəbər verir ki, bu barədə Polşa mediası ölkənin Silahlı Qüvvələrinin Operativ Komandanlığına istinadən məlumat yayıb.

Komandanlığın məlumatına görə, yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyatı sistemləri də ən yüksək hazırlıq səviyyəsinə gətirilib.

"Bu əməliyyatlar preventiv xarakter daşıyır və xüsusilə təhlükə zonalarına bitişik ərazilərdə hava məkanının təhlükəsizliyini və müdafiəsini təmin etməyə yönəlib. Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı cari vəziyyəti izləyir, tabeliyində olan qüvvə və vasitələr isə dərhal reaksiya verməyə hazır vəziyyətdədir", - məlumatda bildirilir.

Oxşar xəbərlər

Məktəblərdə ilk dərs günü həyəcanı - FOTOREPORTAJ
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
İrandan Azərbaycana daha 84 nəfərin təxliyəsi baş tutub - YENİLƏNİB - 3
Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər