Düjarrik: Birgə Bəyannamə Bakı və İrəvan arasında münasibətlərin normallaşmasında mühüm mərhələdir
Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamə Bakı və İrəvan arasında münasibətlərin normallaşmasında mühüm mərhələ kimi qiymətləndirilir.
"Report"un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.
"Həftəsonu biz Baş katibin cümə günü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan, həmçinin ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmış hərtərəfli birgə bəyanatı alqışladığını bildirən açıqlama yaydıq. Baş katib onların dialoqu davam etdirmək və etimad yaratmaq öhdəliklərini, həmçinin bu irəliləyişin əldə olunmasında Trampın səylərini yüksək qiymətləndirdi. O, Cənubi Qafqazda davamlı sülhün irəliləməsi üçün göstərilən bütün səylərə BMT-nin güclü dəstəyini bir daha təsdiqlədi", – sözçü əlavə edib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Qlobal media Donald Tramp, İlham Əliyev və Nikol Paşinyan arasında görüşü diqqət mərkəzində saxlayır
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir













