İsveçrə Avropa Parlamentinin Azərbaycan əleyhinə təşəbbüsünü dəstəkləməkdən imtina edib
Cenevrə kantonunun Parlamentinin bir sıra ermənipərəst üzvləri tərəfindən 5 noyabr 2024-cü il tarixində irəli sürülmüş "Dağlıq-Qarabağın ilhaqı və Azərbaycanın siyasi məhbuslarının azadlığa buraxılması" adlı 24.321 saylı qətnamə layihəsi (https://www.parlament.ch/de/ratsbetrieb/suche-curia-vista/geschaeft?AffairId=20240321) Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi tərəfindən aparılmış iş nəticəsində 11 avqust 2025-ci il tarixində İsveçrə Parlamentinin yuxarı palatası olan Kantonlar Şurasının Xarici Əlaqələr Komitəsi tərəfindən rədd edilib.
Far.Az Trend-ə istinadən xəbər verir ki, bununla yanaşı, sözügedən Komitənin vitse-prezidenti, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Karlo Sommaruga tərəfindən irəli sürülmüş və yalnız "məhbuslara" və "erməni mədəni irsinin mühafizəsinə" istinad edən yeni qərar layihəsi də 5 əleyhinə, 4 lehinə, 3 bitərəf olmaqla, həmçinin, gündəlikdən çıxarılıb.
Qeyd edək ki, İsveçrə Parlamentinin yuxarı palatasının Xarici Əlaqələr Komitəsinin mətbuat məlumatında (https://www.parlament.ch/press-releases/Pages/mm-apk-s-2025-08-12.aspx?lang=1031) Cenevrə kantonal parlamentinin məlum təxribat xatakterli təşəbbüsünün birtərəfli və yalnız Azərbaycan tərəfinə tələblər sürdüyü bildirilib və belə yanaşmaya etiraz ifadə olunub.
İsveçrə Parlamentinin sözügedən qərarı bir daha radikal erməni qrupları tərəfindən dəstəklənən parlamentarilərin uğursuzluğunu nümayiş etdirib.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













