Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Far.Az xəbər saytı

Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ


Xəzər dənizinin akvatoriyasında müşahidə olunan küləkli hava şəraitinin noyabrın 25-dək davam edəcəyi gözlənilir.

Far.Az xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyindən (DDLA) məlumat verilib.

Bildirilib ki, DDLA-nın Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Xəbərdarlığa əsasən, noyabrın 25-də gün ərzində Xəzər dənizinin akvatoriyasında şimal-qərb və şimal küləkləri müşahidə olunacaq.

Küləyin sürətinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2,5-3,5 metr, sonrakı inkişafda isə 4-6 metrə çatacağı proqnozlaşdırılır.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatacaq - GƏMİLƏRƏ XƏBƏRDARLIQ
İran gəmiləri Azərbaycana gəlib, Xəzərdə birgə təlim olacaq
Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər