İsrail ordusu İordan çayının qərb sahilində iki terrorçunu zərərsizləşdirib
İsrail Müdafiə Ordusunun hərbçiləri İordan çayının qərb sahilində Quş-Etzion yəhudi məskənlərinin bloku yaxınlığında avtomobili partladan terrorçunu məhv ediblər.
"Report"un ordunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, kişi onlara hücum etmək istəyəndən sonra əsgərlər atəş açıb.
“Partlayış yerinə gələn İsrail əsgərləri atəş açıb və onlara hücum etməyə cəhd edən terrorçunu məhv ediblər. Təhlükəsizlik qüvvələri digər terrorçuların ortaya çıxma ehtimalını istisna etmək üçün ərazini yoxlayır", - məlumatda deyilir.
İsrail ordusu, həmçinin Hevronun şimalında yerləşən Karmei-Tzur qəsəbəsi ərazisində daha bir terrorçunun zərərsizləşdirildiyini bildirib. "İsrail Müdafiə Qüvvələrinin bölmələri və İsrail Polisi geniş miqyaslı araşdırma aparır və ərazidə yolları bağlayır", - ordunun mətbuat xidmətindən bildirilib.
Qeyd olunur ki, təhlükəsizlik qüvvələri iki insidentin əlaqəli olub-olmadığını araşdırır
Mərkəzi Komandanlığın rəhbəri İordan çayının qərb sahilində baş verən hadisələrdən sonra vəziyyəti yerində qiymətləndirərək, baş verən hücumların terror aktı olduğunu təsdiqləyib. Hücum edənlərin zərərsizləşdirilməsi zamanı İsrail ordusunun bir əsgəri yüngül yaralanıb.
Oxşar xəbərlər
İsrail Orsusu: İordan çayının qərb sahilində bir neçə radikal zərərsizləşdirilib
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Yüzlərlə İsrail hərbçisi İordan çayının qərb sahilindəki əməliyyatda iştirak edir
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Ermənistanın nicatı Bakı və Ankara ilə münasibətlərin normallaşmasından keçir - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
-
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib
-
Əlcəzairdə meşə yanğınlarında azı 12 nəfər ölüb
-
"Nvidia" rüb ərzində mənfəətinin ikiqat artdığını açıqlayıb
-
Dostluqda etibarsız hesab edilən bürclər
-
Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir













