Rusiyada 23 il əvvəl qayınatasının qətlində təqsirləndirilən azərbaycanlıya hökm oxunub
Rusiyanın Sankt-Peterburq şəhərində 2002-ci ildə qeyri-rəsmi nikahda olduğu həyat yoldaşının atasını qətlə yetirməkdə təqsirləndirilən Lənkəran sakini Kamran İlyas oğlu Həbibovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Far.Az report-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Kamran Həbibov 13 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, Kamran Həbibov 1994-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərinə gedərək orada yaşamağa başlayıb. Daha sonra həmin şəhərdə Natalya Fasiy adlı Rusiya vətəndaşı ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olublar. Bu münasibətdən onların övladları da dünyaya gəlib.
İttihamda qeyd olunub ki, Kamran Həbibovun Natalyanın qardaşı Ruslan Fasiylə mübahisəsi yaşanıb. Bu zaman Ruslan ona çubuqla xəsarət yetirib. Kamran qisas almaq üçün onların evinə yollanıb. Orada qeyri-rəsmi nikahda olduğu Natalyanın atası Aleksey Fasiylə mübahisə edib. Ruslan Məmmədov mübahisə zamanı Aleksey Fasiyə bıçaqla xəsarət yetirərək öldürməkdə təqsirləndirilib.
Ruslan Həbibov hadisədən sonra Azərbaycana qayıdıb. O uzun müddət axtarışda olub, 9 dekabr 2024-cü ildə Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilib.
Ruslan Həbibov məhkəmədə təqsirsiz olduğunu, Aleksey Fasiyi qətlə yetirmədiyini bildirib.
O, Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9-cu (xüsusi amansızlıqla aşkar surətdə köməksiz şəxsi xuliqanlıq niyyəti ilə öldürmə) maddələri ilə ittiham olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Çexiya dronlara qarşı mübarizə üçün Ukraynaya 16 təyyarə verə bilər
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama













