Məntəqə sədri: “Daşınan qutularda səsvermə ilə bağlı müraciət daxil olmayıb”
Daşınan qutularda səsvermə ilə bağlı istər yazılı, istərsə də şifahi şəkildə heç kəs müraciət etməyib.
Bunu “Report”a 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsinin sədri Elmira İbrahimova deyib.
Onun sözlərinə görə, 1 040 seçicinin qeydiyyatda olduğu 6 saylı məntəqədə artıq bu saata qədər 73 nəfər səs verib.
Məntəqə sədri vurğulayıb ki, qeydiyyatdan çıxma kağızı ilə səsvermədə iştiraka dair müraciət olmayıb.
Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.
Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.
Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
Oxşar xəbərlər
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Fuad Nəcəfli səsvermə hüququndan istifadə edib
Sumqayıtda səsvermə seçici fəallığı şəraitində keçirilir
Saat 10:00-a olan seçici fəallığı: Seçicilərin 9,92 faizi səsvermə hüququndan istifadə edib
ADY sədri Rövşən Rüstəmov səs verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şuşa Qlobal Forumunun mesajı budur ki, həqiqət, dialoq, etimad davamlı sülhün əsas şərtləridir
-
Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib
-
ABŞ-də "Zərrab işi"ndə FİNAL - Doqquz il sonra...
-
Britaniya Aİ-nin Ukraynanı maliyyələşdirmə üzrə 90 milyard avroluq proqramına qoşulub
-
Hörmüzdə gərginlik artır: İran tankerlər və ABŞ bazalarını vurdu
-
Beynəlxalq dil sertifikatları tanınmır? - DİM-dən açıqlama













