Azercell-in dəstəyi ilə keçirilən ICPC Dünya Finalı müvəffəqiyyətlə başa çatdı
31 avqust – 5 sentyabr 2025-ci il tarixlərində Azercell-in telekommunikasiya tərəfdaşlığı ilə 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalı keçirilib.
Bakı şəhərində təşkil olunan Dünya Finalı 70 ölkəni təmsil edən140 universitet komandasını bir araya gətirib.
Final mərhələsində iştirakçılar mürəkkəb tapşırıqları həll edərək proqramlaşdırma bacarıqlarını, alqoritmik düşünmə qabiliyyətlərini və komanda işini nümayiş etdiriblər.
Azercell tədbirdən öncə və final mərhələsində ICPC Fondunun təşkilati komandasını fasiləsiz və etibarlı rabitə ilə təmin edərək dayanıqlı və səmərəli telekommunikasiya infrastrukturunun qurulmasına dəstək göstərib.
Tədbir çərçivəsində Bakı Konqres Mərkəzində təşkil olunan sərgidə iştirakçılar və qonaqlar beynəlxalq texnologiya şirkətləri ilə yanaşı, Azercell-in də innovativ həlləri ilə tanış olublar.
Müsabiqə "ICPC Foundation" təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə "ICPC Azərbaycan" icmasının birgə əməkdaşlığı, PAŞA Holding-in dəstəyi ilə reallaşıb.
Qeyd edək ki, Azercell gənclərin İT bacarıqlarının artırılmasını və onların peşəkar kadr kimi formalaşmasını dəstəkləməkləinformasiya texnologiyaları və proqramlaşdırma sahəsinin inkişafına töhfə verir. Belə ki, 2017-ci ildən etibarən şirkət Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində məktəblilərin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesinə dəstək verir.
Bu müddət ərzində Azərbaycanın paytaxt və bölgə məktəblərində təhsil alan şagirdlər müxtəlif proqramlaşdırma müsabiqələrində iştirak edərək 100-dən çox medal qazanıblar.
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
Azərbaycan - Fransa: Millimiz 1:3 hesabı ilə məğlub oldu
-
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
-
Əraqçı: "İran uranın zənginləşdirilməsini dayandırıb"
-
Zelenski: Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb
-
Tramp jurnalistin sualına görə onu təhqir etdi













