Tramp jurnalistin sualına görə onu təhqir etdi
ABŞ Prezidenti Donald Tramp maliyyəçi Ceffri Epşteynlə mümkün əlaqələri barədə sual verən jurnalisti təhqir edib. Hadisə prezidentin Florida ştatının Palm-Biç şəhərində jurnalistlərlə görüşü zamanı baş verib.
Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, mətbuat nümayəndəsi Trampdan Konqres üzvü Tomas Massinin fikirlərinə münasibət bildirməsini istəyib. Massi iddia etmişdi ki, Trampın Epşteynin əlaqələrinin araşdırılmasını tələb etməsi, əslində, başqa məlumatları gizlətmək üçün "duman pərdəsi" ola bilər.
Tramp sualı eşidəndən sonra jurnalistə belə cavab verib:
"Bu barədə danışmaq istəmirəm, çünki sizin kimi yalan xəbərlər yayan və dəhşətli reportyorlar bunu gündəmdə saxlayaraq administrasiyamızın inanılmaz uğurlarından diqqəti yayındırmağa çalışır."
Bundan əvvəl demokrat senator Kris Merfi də Trampın Epşteynin cinayət fəaliyyəti ilə bağlı sənədlərin açıqlanmasından "hər gün panikaya düşdüyünü" bildirmişdi. O, həmin faylların "ABŞ prezidentliyi tarixinin ən böyük qalmaqalına" səbəb ola biləcəyini və Trampın siyasi cənubuna yol aça biləcəyini iddia etmişdi.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













