İsraildən Qəzzaya genişmiqyaslı hücum - 8 ölü, 50-dən çox yaralı var
İsrail ordusu 15 sentyabr tarixində Qəzza zolağına nəzarəti ələ keçirmək məqsədilə genişmiqyaslı quru hücumuna başlayıb.
Far.Az "Axios" portalına istinadən xəbər verir ki, İsrailin həyata keçirdiyi əməliyyat ABŞ tərəfindən dəstəklənir.
Belə ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailin bu addımına mane olmayacağını və qərarların ölkənin özünə aid olduğunu bildirib. ABŞ Dövlət katibi Marko Rubio isə İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşdə quru əməliyyatını dəstəklədiklərini, lakin bunun tez və qısa müddətdə başa çatmalı olduğunu vurğulayıb.
Qəzzaya hücumun ilk saatlarından etibarən ciddi itkilər barədə məlumatlar yayılıb.
"Əl-Cəzirə"nin məlumatına görə, İsrail ordusunun Qəzza şəhərinin şimalına endirdiyi hava zərbəsi nəticəsində azı 8 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.
"WAFA" agentliyi isə son 24 saat ərzində bölgədə 62 nəfərin həlak olduğunu bildirib.
İsrailin "Ynet" portalı hücumun başlanğıc mərhələsində cəmi 20 dəqiqə ərzində Qəzza şəhərinə 37 zərbə endirildiyini açıqlayıb. Zərbələrdə pilotsuz uçuş aparatları, helikopterlər və artilleriya silahları istifadə olunub. Hücumlar nəticəsində şəhər sakinləri kütləvi şəkildə təxliyə olunmağa başlayıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













