Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
Far.Az xəbər saytı

Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib


Azərbaycan Şahmat Federasiyasının (AŞF) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

AŞF-dən "Far.Az"a verilən məlumata görə, iclasda qurumun prezidenti Mahir Məmmədov, I Vitse-prezident Faiq Həsənov, baş katib İlahə Qədimova, İcraiyyə Komitəsinin üzvləri və federasiyanın nümayəndələri iştirak edib.

Federasiya rəhbəri Mahir Məmmədov çıxışında kişi və qadın şahmatçılardan ibarət milli komandaların Macarıstanın paytaxtı Budapeştdəki Ümumdünya Şahmat Olimpiadasına hazırlığı barədə danışıb.

Hər iki komandanın mötəbər yarışa hazırlaşması üçün lazımi şəraitin yaradıldığı barədə məlumat verilib. Bildirilib ki, qadın şahmatçılardan ibarət milli son məşqləri İsmayıllının Basqal kəndində keçirir.

İclas zamanı 2025-ci ildə təşkil olunacaq kişi və qadınlar arasında Azərbaycan çempionatının təqdimatı nümayiş etdirilib, 2025-ci ildə keçiriləcək yerli turnirlərin təqvim planı müzakirə edilib. Görüşdə gələn ilin təqvim planının qısa zamanda təsdiqlənməsi barədə federasiyanın katibliyinə tapşırıq verilib.

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Mehriban Əliyevanın doğum günüdür
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB - 2
Azərbaycan millisinin baş məşqçisi: Məqsədlərimizdən biri heyəti 40-50 faiz yeniləməkdir - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər