Şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Rəşad Quliyev, Xansu Qurbanov və Bəhmən Məmmədovun xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən bildirilib.
Anım tədbirlərində Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, doğmaları və döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimlərdə çıxış edənlər R.Quliyevin, X.Qurbanov və B.Məmmədovun şərəfli həyat və döyüş yollarından danışıblar.
Döyüş yoldaşları onlarla bağlı xatirələrini mərasim iştirakçıları ilə bölüşüblər.
Sonra tədbir iştirakçılarına şəhidlərimizə həsr edilmiş sənədli filmlər nümayiş etdirilib.
Sonda şəhidlərin ailə üzvləri və doğmaları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qalereya
Oxşar xəbərlər
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib
-
Rezai: Hörmüzün blokadası ABŞ-İran toqquşmalarına səbəb ola bilər
-
Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
-
"Axios": ABŞ Venesuela ilə irimiqyaslı neft sazişi bağlamağa yaxındır
-
İsrail Ordusu Qəzzada HƏMAS-ın iki komandirini və döyüşçüsünü zərərsizləşdirib
-
"Qanun" nəşriyyatının tərcüməçisi müəmmalı şəkildə ölüb - Ailəsindən AÇIQLAMA













