Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Far.Az xəbər saytı

Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib


44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Yaşar Sadıqovun və əsgər Mirağa Əliyevin, həmçinin Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində 12 may 2023-cü ildə şəhid olan əsgər Məhəmməd Qarayevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Far.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən anım tədbirində Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, doğmaları və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edənlər polkovnik-leytenant Y.Sadıqovun, əsgər M.Əliyevin və əsgər M.Qarayevin qısa, lakin şərəfli həyat və döyüş yollarından danışıblar. Döyüş yoldaşları onlarla bağlı xatirələrini mərasim iştirakçıları ilə bölüşüblər.

Sonra tədbir iştirakçılarına şəhidlərimizə həsr edilmiş sənədli filmlər nümayiş etdirilib.

Sonda şəhidlərin ailə üzvləri və doğmaları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident Müdafiə Nazirliyinin hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər