Qurban Qurbanov: "Qarabağ"ın böyük turnirdə iştirak etməsi sevindirici haldır"
"Qarabağ"ın böyük turnirdə iştirak etməsi sevindirici haldır.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bu matça məsuliyyətli yanaşırıq. Yaxşı komandaya qarşı oynayacağıq. "Kopenhagen" ciddi rəqibdir".
Təcrübəli baş məşqçi "Qarabağ"a Avropa futbolunda diqqətin olmasına görə sevindiyini vurğulayıb:
"Qalibiyyət futbolumuzu daha da sevdirir. Oyunçulara inam verir. Bu sahəyə yatırım qoymaq insanlara həvəs verir. Futbol idmanın şahıdır. Ölkəmizin tanınmasında az da olsa, pay sahibi oluruq. Belə olan halda məsuliyyət daha da çoxalır. Azarkeşlərimiz matçlara ümidlə gəlirlər. Biz də bunu dərk edirik. Furbolçuda həyəcan olursa, bunun arxasında məsuliyyət dayanır. İdman elə şeydir ki, işin içinə girəndə qorxu və həyəcan yox olur. Bunu dərk edərək meydana çıxmaq lazımdır. 90 dəqiqə həyəcanın olması problemdir. Bizdə belə hal yoxdur'.
O, Respublika stadionunda oyunçuların özlərini daha yaxşı hiss etdiyiklərini söyləyib:
"Oyunlarımızı Bakı Olimpiya Stadionunda keçirə bilərdik. Amma arena hazır deyil. Hər halda, meydan amili rol oynayır. Hazırda oyunçular burada özlərini komfort hiss edirlər. Bakı Olimpiya Stadionunda olsaydı, yenə məsuliyyətli olacaqdıq".
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Avropa Liqası: "Qarabağ" "Lion"a məğlub olub - YENİLƏNİB-8
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb













