"Qarabağ" iki oyuna görə 4,2 milyon avro QAZANDI
Azərbaycanın futbol üzrə ən güclü klubu "Qarabağ" UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirdiyi ilk iki oyunda uğurlu nəticələr göstərməklə yanaşı, büdcəsini də xeyli zənginləşdirib.
Far.Az-in məlumatına görə, ilk turda Portuqaliyada "Benfika" üzərində 3:2 hesablı möhtəşəm qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu nəticə ilə 2,1 milyon avro (təxminən 4,2 milyon manat) mükafata sahib olub.
Daha sonra Tofiq Bəhramov adına Respublika stadionunda Danimarkanın "Kopenhagen" klubunu qəbul edən Ağdam təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib. Bu qələbə də komandanın aktivinə əlavə 2,1 milyon avro qazanc yazıb.
Beləliklə, "Qarabağ" Çempionlar Liqasının ilk iki qarşılaşmasında həm meydanda xal toplamağı, həm də ümumilikdə 4,2 milyon avro (təxminən 8,4 milyon manat) gəlir əldə etməyi bacarıb.
Məlumat üçün bildirək ki, UEFA-nın açıqladığı 2025/26 mövsümünün mükafat qaydalarına əsasən, qrup mərhələsində hər bir klub iştirak haqqından əlavə, oyunların nəticəsinə görə də qazanc əldə edir:: Qələbəyə görə – 2,1 milyon avro bonus, heç-heçəyə görə – 700 min avro bonus.
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
"Qarabağ" əsas mərhələdə "Kopenhagen"i də məğlub etdi
Avropa Liqası: "Qarabağ" "Lion"a məğlub olub - YENİLƏNİB-8
UEFA Çempionlar Liqası: "Şkendiya"nı darmadağın edən "Qarabağ" pley-off-a adladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb













