AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb
Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb.
Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib.
Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr, AQP indeksi isə 98,4 olub. Sentyabr ayının medianı ilə müqayisədə cüzi, 0,05 %-lik azalma qeydə alınıb. İndeksin baza dövründən 1,6 % aşağı olması bu seqmentdə satış qiymətlərinin hələ də baza səviyyəsinə çatmadığını göstərir.
Kommersiya obyektlərinin icarəsində isə əks tendensiya müşahidə edilib. Median icarə qiyməti sentyabr ayındakı 15 manatdan oktyabrda 16 manata yüksəlib. AQP indeksi 98,4-dən 104,9-a çatıb, aylıq artım 6,7 % təşkil edib. Median aylıq icarə haqqı 2 000 manat olub.
Bununla belə, ofis, ticarət, iaşə, anbar və istehsal sahələrinin fərqli xüsusiyyətləri nəzərə alınmalıdır. Bu obyektlərin təyinatı və ölçüləri üzrə təklif strukturunun dəyişməsi ümumi median qiymətə təsir edə bilər.
Torpaq bazarında da artım tendensiyası davam edib. Belə ki, oktyabrda torpaq sahələrinin median təklif qiyməti 16 250 manat/sot, AQP indeksi isə 121,9 təşkil edib. Sentyabrla müqayisədə indeks 2,2 % yüksəlib. Aprel 2026-cı ilin baza dövrü ilə müqayisədə qiymət səviyyəsi 21,9 % artıb. Palata torpaq sahələrinin qiymətləndirilməsində yerləşmə, təyinat, kommunal və nəqliyyat infrastrukturu, sahənin ölçüsü və sənədləşmə vəziyyətinin əsas amillər olduğunu diqqətə çatdırır. Bu səbəbdən ümumi indeksdəki artımın ayrı-ayrı torpaq sahələrinin bazar dəyərinə birbaşa tətbiqi düzgün hesab edilmir.
Oxşar xəbərlər
AQP: Ötən ay mənzil satışında qiymət artımı sürətlənib
Bakıda torpaq qiymətləri bir ayda 4 % artıb
Azərbaycanda əmlak bazarının strukturu dəyişir: İndi nə almaq daha sərfəlidir?
AQP: Avqustda avtomobillərin median qiyməti 17 min manata yaxın olub
AQP: Mayda daşınmaz əmlak bazarında qiymətlər 6 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib













