Fon der Lyayen və Paşinyan İrəvanda keçiriləcək "Avropa Siyasi Birliyi"nin sammitini müzakirə edib
Far.Az xəbər saytı

Fon der Lyayen və Paşinyan İrəvanda keçiriləcək "Avropa Siyasi Birliyi"nin sammitini müzakirə edib


Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kopenhagendə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə 2026-cı ilin birinci yarısında İrəvanda keçiriləcək "Avropa Siyasi Birliyi"nin sammitini müzakirə edib.

BAKU.WS xəbər verir ki, bu barədə fon der Lyayen "X" sosial şəbəkəsində yazıb.

"Biz əməkdaşlığımızı dərinləşdirməkdə qətiyyətliyik. Ermənistan Aİ üçün mühüm tərəfdaşdır. Biz "Global Gateway" strategiyası vasitəsilə ticarət, nəqliyyat, energetika və rəqəmsal texnologiyalar sahələrində regional bağlantını gücləndirmək niyyətindəyik. 2026-cı ilin birinci yarısında İrəvanda "Avropa Siyasi Birliyi"nin növbəti sammitinin keçirilməsini səbirsizliklə gözləyirik", - o qeyd edib.

Avropa Komissiyasının sədri, həmçinin Ermənistanı ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycanla münasibətlərdə tarixi irəliləyişin əldə olunması münasibətilə təbrik edib.

"Bu addım regionda sülh və sabitliyin gücləndirilməsi yolunda mühüm mərhələ oldu", - fon der Lyayen vurğulayıb.

Oxşar xəbərlər

İlham Əliyev Kopenhagendə Nikol Paşinyanla görüşüb
Prezident İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak edib
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub
İlham Əliyevlə Nikol Paşinyan Kopenhagendə görüş keçiriblər
İlham Əliyev Kopenhagendə Emmanuel Makronla görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər