Kürdəmirdəki avtoqəzada xəsarət alanlar evə buraxılıblar - Yenilənib-2
Kürdəmir rayonundakı avtoqəzada xəsarət alanlar evə buraxılıblar.
Bu barədə "Report"un Yuxarı Şirvan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (2 kişi, 2 qadın) bu gün saat 13:00 radələrində Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Xəsarət alan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Kürdəmir rayonundakı avtoqəzada xəsarət alanların kimliyi məlum olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, onlardan biri sürücü - Göyçay rayon sakini, 2006-cı il təvəllüdlü Rəsul Cavad oğlu İsmayılovdur.
Bundan başqa, daha üç sərnişin - 1993-cü il təvəllüdlü Nəzir Valəddin oğlu Məmmədov, 2002-ci il təvəllüdlü İradə Məlik qızı Məmmədova və 2025-ci təvəllüdlü Leyla Nəzir qızı Məmmədovadır.
Kürdəmir rayonunun Şilyan kəndində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Göyçay rayon sakini Rəsul İsmayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetməni itirib və yoldan çıxaraq aşıb.
Qəza nəticəsində sürücü və üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













