Sabah Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək
Far.Az xəbər saytı

Sabah Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək


Qəbələdə oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək.

Far.Az xəbər verir ki, oktyabrın 6-7-də baş tutacaq TDT-nin XII Zirvə Görüşü "Regional sülh və təhlükəsizlik" mövzusuna həsr olunub.

Bu Zirvə görüşü Türk dünyasının gələcək ortaq strateji hədəflərini və birgə fəaliyyət mexanizmlərini müəyyən edəcək.

Zirvə çərçivəsində TDT-yə üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları sonuncu görüşdən bəri həyata keçirilmiş işləri dəyərləndirəcək, əldə olunmuş nailiyyətləri müzakirə edəcək və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcəklər.

Görüş zamanı qəbul olunacaq sənədlər, o cümlədən XII Zirvə görüşünün Bəyannaməsi təşkilatın siyasi və institusional strukturunun yeni mərhələyə keçidini əks etdirəcək.

Qeyd edək ki, Zirvənin sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib
İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının baş katibini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər