"Barselona" "Vilyarreal"ı məğlub edib
Far.Az xəbər saytı

"Barselona" "Vilyarreal"ı məğlub edib


İspaniya La Liqasının XV turunda "Barselona" doğma meydanda "Vilyarreal"ı 3:2 hesabı ilə məğlub edib.

"Far.Az" xəbər verir ki, görüşdə hesabı 5-ci dəqiqədə qonaqların futbolçusu Tayron Byukenan açıb. Tani Oluvaseyi 7-ci dəqiqədə fərqi iki topa çatdırıb.

"Barselona" Lamin Yamalın 23-cü dəqiqədə penaltidən yararlana bilməməsinə baxmayaraq, fasilədən sonra hesabı dəyişməyi bacarıb.

Jerar Martin 57-ci dəqiqədə fərqi azaldıb, Fermin Lopes 61-ci dəqiqədə bərabərliyi təmin edib. 67-ci dəqiqədə isə "Vilyarreal"ın futbolçusu Pau Navarro avtoqol müəllifi olub.

Əlavə olunmuş vaxtda Pau Navarro ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Bu qələbədən sonra xallarını 36-ya çatdıran "Barselona" turnir cədvəlinə başçılıq edir. "Vilyarreal" isə 15 xalla 9-cu pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Lamin Yamal 19 yaşını belə qeyd etdi
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Azərbaycanda vərəqə şüşə istehsal edən ilk zavoddan REPORTAJ
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər