UNESCO-da Azərbaycanın bəyanatı səsləndirilib
Parisdə UNESCO İcraiyyə Şurasının 222-ci sessiyası öz işinə başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, sessiyanın plenar debatlar hissəsində Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ölkənin bəyanatını səsləndirib.
Sənəddə Azərbaycanın İcraiyyə Şurasına son dördillik üzvlüyü dövründə həyata keçirdiyi aktiv fəaliyyəti haqqında məlumat verilib, ölkənin bundan sonra da UNESCO platformasında fəal iştirak və təşkilatın mandatına töhfə verməkdə davam edəcəyi vurğulanıb.
E.Abdullayev BMT Nizamnaməsinin və UNESCO Konstitusiyasının qəbulunun 80 illiyi münasibətilə beynəlxalq həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib. Bu səpkidə Azərbaycanın regionda sülh, təhlükəsizlik və əməkdaşlıq naminə gördüyü işlər, o cümlədən Ermənistanla sülh prosesinin irəli aparılması istiqamətində atdığı addımlar diqqətə çatdırılıb. Bu xüsusda, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında keçirilmiş tarixi görüş və sülh sazişi mətninin ilkin paraflanması xüsusi qeyd olunub.
Azərbaycan-UNESCO əməkdaşlığına toxunan daimi nümayəndə keyfiyyətli təhsil istiqamətində həyata keçirilən layihələr, elm və süni intellekt sahəsində təşəbbüslər, qadınların və gənclərin elmdə rolunun gücləndirilməsi, habelə "Bakı Prosesi" çərçivəsində mədəniyyətlərarası dialoqun təşviqini xüsusi olaraq vurğulayıb. Eyni zamanda, irqçiliyin bütün formalarına və təzahürlərinə qarşı UNESCO çərçivəsində birgə mübarizənin zəruriliyi ifadə olunub.
Sonda Azərbaycanın UNESCO-nun dəyərlərinə sadiq qalaraq beynəlxalq sülhün möhkəmləndirilməsi yolunda fəaliyyətini qətiyyətlə davam etdirəcəyi açıqlanıb.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Neftçalada bazarda baş verən yanğın söndürüldü
-
"Instagram"da yazdıqdan 10 gün sonra evlilik təklifi etdi"
-
İslamiadanın gümüş medalçısı: "Hədəfim Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandırmaqdır"
-
Duzlu və acılı qidaların orqanizmə zərərləri açıqlandı
-
Kamran İbrahimov: "Bəylik kürsümə asılan bayrağı Hadrutdakı yüksəkliyə sancdıq"
-
Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub













