Qazaxıstan TDT daxilində Kibertəhlükəsizlik Şurasının yaradılmasını təklif edib
Far.Az xəbər saytı

Qazaxıstan TDT daxilində Kibertəhlükəsizlik Şurasının yaradılmasını təklif edib


Qazaxıstan Türk Dövlətləri Təşkilatı daxilində Kibertəhlükəsizlik Şurasının yaradılmasını təklif edib.

BAKU.WS xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Qırğızıstanın TDT-yə sədrliyi yüksək səviyyədə olub:

"Azərbaycan sədrliyinin də təşkilata töhfə verəcəyindən əminik. Azərbaycanla Ermənistan arasında imzalanan Birgə Bəyannaməni çox yüksək qiymətləndiririk. Bu, həllə yönələn tarixi addımdır. Bəzi ölkələr təşkilatın artan fəaliyyətinə böyük maraq göstərir".

Qazaxıstan Prezidenti əlavə edib ki, türk xalqları terrorla mübarizədə birgə çalışır:

"Ancaq bununla məhdudlaşmamaq lazımdır. Çünki kiberhücumlar dünyada geniş yayılıb. Ona görə də Kibertəhlükəsizlik Şurasının yaradılmasını təklif edirəm".

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının baş katibini qəbul edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər