Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçirilib - Yenilənib
Far.Az xəbər saytı

Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçirilib - Yenilənib


Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçirilib.

"Far.Az"un məlumatına görə, konfransın əsas mövzusu "Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkan mənzərəsinə regional baxış"a həsr olunub.

Tədbir çərçivəsində müasir texnoloji transformasiyaların milli təhlükəsizlik arxitekturasına təsiri dərindən təhlil edilib.

Çıxışçılar qeyd ediblər ki, sürətlə inkişaf edən süni intellekt alətləri bir tərəfdən kiberhücumların miqyasını və mürəkkəbliyini artırsa da, digər tərəfdən qabaqlayıcı müdafiə mexanizmlərinin qurulması üçün yeni imkanlar açır.

Konfrans iştirakçıları kiberməkanda beynəlxalq hüquq normalarının tətbiqi mexanizmlərinin təkmilləşdirilməsinin zəruriliyini önə çəkiblər.

Yekunda qonaqlar beynəlxalq konfransın bu kimi müzakirələr üçün əhəmiyyətli platforma olduğunu vurğulayıblar.

Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçirilir.

"Far.Az"un məlumatına görə, konfransın əsas mövzusu "Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkan mənzərəsinə regional baxış"a həsr olunub.

Texnologiya, geosiyasət və beynəlxalq təhlükəsizlik sahəsində baş verən dəyişikliklərin müzakirəsi üçün yüksəksəviyyəli beynəlxalq platforma rolunu oynayan konfransda beynəlxalq ekspertlər, ölkədə akkreditə olunan səfirlər və diplomatlar, eləcə də aidiyyəti beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.

Konfrans çərçivəsində süni intellektin beynəlxalq münasibətlər və diplomatiyaya təsiri, kibermüttəfiqliklər və strateji muxtariyyət arasında balans, iri texnologiya şirkətlərinin geosiyasi aktor kimi artan rolu ətrafında fikir mübadiləsi aparılacaq.

Həmçinin informasiya müharibəsi və "deepfake" texnologiyalarının yaratdığı təhdidlərə qarşı mübarizə, kiberməkanda etimadın formalaşdırılması və dövlətlərin məsuliyyətli davranışının təşviqi, eləcə də kritik infrastrukturun qorunması və transsərhəd təhlükəsizlik risklərinin idarə olunması kimi aktual məsələlər gündəliyin əsas müzakirə mövzularına daxildir.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər