

Vüqar Bayramov: "Türk dünyası birləşir və daha da inkişaf edir"
Qəbələdə təşkil edilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edən Prezident İlham Əliyev bir sıra vacib qlobal və regional geosiyasi məsələlərə toxunub.
Far.Az xəbər verir ki, bu barədə iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə səhifəsində paylaşım edib.
O bildirib ki, Azərbaycan rəhbərinin çıxışında təşkilatın ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşması bir daha təsdiqləndi:
"Azərbaycan dövlət başçısının qeyd etdiyi kimi, daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir.
Türk dünyası qlobal iqtisadi artım faizindən daha çox artıma malik olan regiondur. Digər tərəfdən isə TDT-ə üzv olan dövlətlər arasında strateji münasibətlərin daha da dərinləşməsi iqtisadi inkişaf üçün yeni imkanlar yaradır. Bu özünü birgə sərmayə fondlarının yaradılması, qarşılıqlı ticarət həcminin artması və nəqliyyat və logistika sahəsində geniş əməkdaşlıq da göstərir.

Zəfərdən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Prezident Zəngəzur dəhlizinin reallaşacağını və bunun sadəcə zaman məsələsi olmasını bəyan etmişdir. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti sayəsində Vaşinqtonda imzalanan Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olundu.
Qəbələdəki toplantıda qeyd olunduğu kimi, Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir. Bu, Zəngəzur Dəhlizinin reallaşmasıdır. Bu eyni zamanda, çox yaxın zamanlarda Türk dünyasının quru nəqliyyat vasitəsi ilə birləşəcəyi deməkdir. Türk dünyası birləşir və daha da inkişaf edir".
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qəbələdə TDT Dövlət Başçıları Şurasının Zirvə Görüşü keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Görkəmli alim Aida İmanquliyevanın doğum günüdür
-
Futbol üzrə dünya çempionatının vaxtı dəyişdirilə bilər
-
Savaşın taleyini müəyyənləşdirən Hadrut əməliyyatı - Düşmənə gözlənilməz zərbə
-
Kanadada əyləncə parkı 30 ağ balinanı öldürmək məcburiyyətində qala bilər
-
201 nömrəli tam orta məktəbin direktoru işdən azad edilib
-
DÇ-2026: Azərbaycan millisi bu gün Parisdə Fransa yığması ilə qarşılaşacaq