Ekspert: "Türk dövlətləri kiberəməkdaşlığı texnoloji inteqrasiyaya keçirməlidir"
Türk dövlətləri kiberəməkdaşlığı siyasi razılaşmalardan texnoloji inteqrasiyaya keçirməlidir.
"Report" xəbər verir ki, bunu Türkiyənin İnformasiya Təhlükəsizliyi Assosiasiyasının baş katibi Oğuz Yılmaz Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransı (ICCD 2026) çərçivəsində panel müzakirələrdə bildirib.
Onun sözlərinə görə, istənilən kiberittifaq üçqat olmalıdır: "Birinci qat siyasidir. Buraya müqavilələr və strategiyalar daxildir. Bu istiqamət əslində kifayət qədər yaxşı inkişaf edib. Türk Dövlətləri Təşkilatı, Türk Kosmos İttifaqı, NATO və digər müdafiə ittifaqları kimi siyasi birliklərin fəaliyyət göstərməsi üçün artıq müvafiq baza mövcuddur. İkinci qat əməliyyatdır. Buraya CERT-lər arasında əməkdaşlıq, insidentlərə reaksiya və məlumat mübadiləsi daxildir. Bu, Kris Gibsonun rəhbərlik etdiyi İnsidentlərə Cavab və Təhlükəsizlik Qrupları Forumunun (FIRST) 30 ildən artıq müddətdə formalaşdırdığı əməkdaşlıq səviyyəsidir, uzun illərdir uğurla fəaliyyət göstərir, yalnız siyasi razılaşmalara və imzalara deyil, həm də mütəxəssislər arasında formalaşan etimada əsaslanır. Üçüncü qat isə texnologiyadır. Təəssüf ki, bu sahə demək olar ki, boşdur. Hamımızın üzərində işlədiyi məhsullar, platformalar və təchizat zəncirləri ittifaqlar daxilində əlaqələndirilmir. Praktikada ittifaqlar bir-biri ilə təhdid kəşfiyyatı məlumatlarını bölüşür, lakin həmin məlumatları emal etmək üçün ittifaqdan kənardakı qlobal təchizatçılardan alınan alətlərdən istifadə edirlər. Nəticədə, bütün bu sistemlər lazımi səviyyədə inteqrasiya olunmur".
"Bəs biz nə edirik? İttifaq çərçivəsində birlikdə təlimlər keçirir, daha sonra isə yoxlaya və nəzarət edə bilmədiyimiz infrastruktura qayıdırıq. Bu, kifayət qədər ciddi asılılıq yaradır. Belə asılılıq hər bir üzvün muxtariyyətini, eləcə də ittifaqın öz imkanlarını məhdudlaşdırır. Çünki tərəfdaşlıq texnoloji baxımdan istifadə etdiyi infrastrukturdan daha suveren ola bilməz", - deyə ekspert əlavə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













