

Azərbaycan-Rusiya münasibətləri yeni mərhələdə: Düşənbə görüşü dönüş nöqtəsi oldu
Görüş və münasibətlərin normallaşması Rusiyada da çox müsbət qarşılanır
"Prezidentlər arasında görüş sübut etdi ki, münasibətlərimiz artıq müsbət məcraya döndü, tam normallaşdı. Bunu sübut edən amil aparılan müzakirələr zamanı qarşı tərəfin verdiyi açıqlamalardır. Vladimir Putinin ritorikasından bunu anladıq ki, insidentlə bağlı məsələlər həll olunur, istintaq yekunlaşmaq üzrədir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.
Siyasi ekspert əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüşün nə vaxt keçiriləcəyini, daha çox da münasibətlərin nə vaxt normal məcraya dönəcəyini yalnız sözügedən tərəflər gözləmirdi. Mövcud durum və proseslərin sonrakı məqamda inkişaf trayektoriyası regional və qlobal aktorların, siyasi kluarların əsas müzakirə mövzularından biri idi:
"Siyasətdə sayıq yanaşma sərgiləməyi bacaran hər kəs birmənalı qaydada neqativ inkişaf ssenarisinin hər iki tərəfə də uğur gətirməyəcəyi, əslində, bir çox prosesə zərbə vuracağı qənaətində idi. Lakin cəmiyyətin tələbləri fərqli idi. Buna göz yummaq olmazdı, artıq olmur. Dövlətimiz, dövlət başçımız da bu istiqamətdə prinsipial davrandı.

İndiki məqamda isə dövlət başçılarının Düşənbədə keçirilən görüşü yalnız və yalnız müsbət dəyərləndirilməlidir. Biz qonşu dövlətlər və xalqlarıq. Cəmiyyətlərimiz bir-birinə inteqrasiya edib. Coğrafiyamızı dəyişə bilmərik ki... Dövlət başçımızın da bildirdiyi kimi coğrafi amilin vermiş olduğu müsbət cəhətlərə fokus olmalıyıq. Görüş sübut etdi ki, münasibətlərimiz artıq müsbət məcraya döndü, tam normallaşdı. Bunu sübut edən amil aparılan müzakirələr zamanı qarşı tərəfin verdiyi açıqlamalardır. Vladimir Putinin ritorikasından bunu anladıq ki, insidentlə bağlı məsələlər həll olunur, istintaq yekunlaşmaq üzrədir. Təbii ki, biz də bunun yekunlaşmasını gözləyirik. Hər bir detalla bağlı obyektiv yanaşma ortaya qoyulmasını istəyirik".
Şəbnəm Həsənova əlavə edib ki, bu görüş və açıqlamalar daha çox Simonyanın, Solovyovun, Zatulinin və bu kimi ermənipərəst qüvvələrin uğursuzluğu deməkdir:
"Həmin bu dairələr münasibətlərin korlanmasında əsas fiqurlar idilər. Azərbaycan tərəfini ən çox narahat edən amillərdən biri Rusiyada Azərbaycan əleyhinə hökm sürən narrativ idi ki, bu ermənipərəst dairələr bizə qarşı çirkin kampaniya aparırdılar.
Rusiya Prezidentinin media önündə verdiyi açıqlamalar bu amilləri də aydınlığa çıxardı. O amili da sonda mütləq vurğulayaq ki, görüş, münasibətlərin normallaşması Rusiyanın siyasi sferasında, cəmiyyətində və mətbuatında da çox müsbət qarşılanır. Bu müsbət aura bir çox mətləblərdən xəbər verir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Düşənbədə İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Görkəmli alim Aida İmanquliyevanın doğum günüdür
-
Futbol üzrə dünya çempionatının vaxtı dəyişdirilə bilər
-
Savaşın taleyini müəyyənləşdirən Hadrut əməliyyatı - Düşmənə gözlənilməz zərbə
-
Kanadada əyləncə parkı 30 ağ balinanı öldürmək məcburiyyətində qala bilər
-
201 nömrəli tam orta məktəbin direktoru işdən azad edilib
-
Şəbnəm Həsənova: Putinin sərgilədiyi yanaşma göstərdi ki, mahiyyət etibarilə Azərbaycanın şərtləri artıq qəbul edilib