Sərdar Hacıyev: "Sertifikatlı ting istehsalının genişləndirilməsi prioritetdir"
Azərbaycanda sertifikatlı ting istehsalının genişləndirilməsi və bağçılıqda keyfiyyətə nəzarətin gücləndirilməsi prioritetlərdən biridir.
"Far.Az"un Şimal bürosunun məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Qubada keçirilən "Müasir bağçılıq sistemləri: seleksiya, calaqaltı-sort kombinasiyaları və sertifikatlı ting istehsalı" mövzusunda maarifləndirici tədbirdə bildirib.
Onun sözlərinə görə, sağlam və keyfiyyətli ting məhsuldar bağların əsasını təşkil edir:
"Azərbaycanda müasir bağçılığın inkişafında sertifikatlı ting istehsalının genişləndirilməsi, yerli torpaq-iqlim şəraitinə uyğun calaqaltı-sort kombinasiyalarının tətbiqi və keyfiyyətə nəzarət sisteminin gücləndirilməsi mühüm prioritetlərdəndir. Tingçilikdə genetik təmizliyin, sortun həqiqiliyinin, fitosanitar sağlamlığın və izləniləbilənliyin təmin edilməsi gələcək istehsalın keyfiyyətinə və iqtisadi səmərəliliyinə birbaşa təsir göstərir".
S.Hacıyev əlavə edib ki, "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda tingçiliyin inkişafı, keyfiyyətə nəzarət mexanizmlərinin gücləndirilməsi, aqrar innovasiyaların və informasiya-məsləhət xidmətlərinin genişləndirilməsi əsas istiqamətlər sırasında yer alır.
Agentlik rəhbəri Quba və ətraf bölgələrdə meyvəçilik təsərrüfatları üçün aktual olan qəhvəyi mərmər bağacığına qarşı mübarizənin önəminə də toxunub. Bildirib ki, sağlam ting materialından istifadə ilə yanaşı, bağlarda mütəmadi fitosanitar monitorinqin aparılması, qabaqlayıcı mübarizə tədbirlərinin görülməsi və fermerlərin bu zərərvericinin vaxtında aşkarlanması istiqamətində maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?













