

Zakir Həsənov: Sülh sazişinin paraflanması müharibəyə son qoyulması istiqamətində mühüm addımdır
Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin birgə bəyannamə imzalaması və iki ölkə arasında sülh sazişinin paraflanması 30 ildən artıqdır ki, davam edən müharibəyə son qoyulması istiqamətində mühüm addımdır.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan müdafiə naziri Zakir Həsənov Ankarada türkiyəli həmkarı Yaşar Gülər və gürcüstanlı həmkarı İrakli Çikovani ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu tarixi hadisə Cənubi Qafqazda və daha geniş coğrafiyada yeni əməkdaşlıq imkanları açıb: "Beynəlxalq terrorizm, enerji və nəqliyyat xətlərinin təhlükəsizliyi, kiberhücumlar və iqlim dəyişikliyi kimi yeni yaranan təhlükələr ölkələrin əməkdaşlıq etmələrini və effektiv həll yolları hazırlamasını tələb edir. Üç ölkənin Müdafiə Nazirlikləri arasında əməkdaşlığı daha da inkişaf etdirmək və dərinləşdirmək niyyətindəyik".
Nazir, həmçinin regionun sülh, sabitlik və təhlükəsizliyinə qarşı ortaq mübarizənin əhəmiyyətinə diqqət çəkib.
Z.Həsənov, həmçinin belə görüşlərin artıq ənənəyə çevrildiyini söyləyib: "Üç ölkə lideri arasındakı sıx əlaqələr və müntəzəm təmaslar ölkələr arasında münasibətlərin daha da inkişafını sürətləndirib".
O, həmçinin qeyd edib ki, üçtərəfli görüşdə regionda sülh, sabitlik və təhlükəsizliyə təhdidlərə qarşı birgə mübarizənin vacibliyi vurğulanıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Görkəmli alim Aida İmanquliyevanın doğum günüdür
-
Futbol üzrə dünya çempionatının vaxtı dəyişdirilə bilər
-
DYP hava şəraitinin dəyişməsi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
-
Savaşın taleyini müəyyənləşdirən Hadrut əməliyyatı - Düşmənə gözlənilməz zərbə
-
Kanadada əyləncə parkı 30 ağ balinanı öldürmək məcburiyyətində qala bilər
-
Paytaxt məktəbində ilk dəfə QR kitabxana yaradılıb