Lənkəranda sel suları həyətyanı sahələrə dolub
Far.Az xəbər saytı

Lənkəranda sel suları həyətyanı sahələrə dolub


Lənkəranda güclü yağışlar fəsadlara səbəb olub.

Far.Az apa-ya istinadən xəbər verir ki, güclü yağışdan sonra gələn sel suları həyətyanı sahələrə dolub. Məlumata görə, ötən gecədən Lənkəran rayonuna yağan leysan xarakterli intensiv yağışları daha çox şəhər ərazisinə, ara məhəllələrə ziyan vurub. Suötürücü və selötürücü kanallar sel suları ilə dolub.

Suyun axarı olmadığından, sel suları ara məhəllərədəki həyətyani sahələrə və 2-ci mikrorayon ərazilərində binaların qarşısına daşıb. Binaların qarşısında yığılıb qalan sel sularına görə, sakinlər evlərinə girib-çıxmaqda çətinlik çəkirlər. Həmçinin nəqliyyat vasitələrinin hərəkətində də problem yaranıb.

Şəhər İcra Hakimiyyətindən bildirilib ki, suötürücü və selötürücü kanallar tez-tez təmizlənir. Hazırda da mərhələli şəkildə təmizlənməsi işləri aparılır.

Qeyd edək ki, rayon ərazisində yağışlı hava şəraiti davam edir.

Oxşar xəbərlər

Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI
Paytaxtda sakinlər üçün təhlükə mənbəyi olan ÜNVANLAR - "Qorxu içində gəzirik"
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Lənkəranda sel 60 ha çəltik sahəsini yararsız hala salıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər