Paytaxtda sakinlər üçün təhlükə mənbəyi olan ÜNVANLAR - "Qorxu içində gəzirik"
Bakının mərkəzi Əhməd Cəmil küçəsində ağaclardan biri aşma təhlükəsi yaradır.
Far.Az-in apardığı müşahidələrə əsasən, ağac artıq dəmir hasarın üstünə əyilib və səkidən keçən vətəndaşlar üçün real təhlükə mənbəyinə çevrilib.
Hər gün həmin ərazidən çoxsaylı insanlar, o cümlədən məktəblilər istifadə edir. Həmçinin yaxınlıqda parkinq yerləşdiyi üçün maşınlar da bu ərazidə park edilir. Ağacın aşması halında həm insanlar, eləcə də maşınlar üçün təhlükəli vəziyyət yaranacaq.
Vətəndaşların sözlərinə görə, ağacın vəziyyəti bir müddətdir belədir, lakin məsələ ilə bağlı hələlik heç bir tədbir görülməyib.
Sakinlərdən biri Far.Az-ə bildirib ki, bu cür təhlükəli vəziyyət təkcə burada deyil, ətraf küçələrdə də müşahidə olunur:
"Tək bu ağac yox, bu ərazidə bir neçə belə ağac var. Bəziləri hasarlara, bəziləri isə uşaqların oynadığı, insanların keçdiyi yola doğru əyilib. Güclü külək olsa, istənilən an qırılıb düşə bilər. Biz artıq qorxu içində gəzirik."
Əbdürrəhimbəy Haqverdiyev küçəsində oxşar mənzərə var idi. Buradakı ağaclar da əyilərək yaşayış binalarına və səkilərə doğru meyillənib.
Sakinlər aidiyyəti qurumlardan təhlükə yaradan ağacların vaxtında budanmasını və vəziyyətin aradan qaldırılmasını xahiş edirlər.
Qalereya
Müxbir: Şahanə Xankişiyeva
Foto: Təranə İbrahimova
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün IX sinif şagirdləri imtahan veriblər - YENİLƏNİB
-
Trampın iştirak etdiyi tədbirdə silahı insident: Prezident və xanımı təxliyə edildi
-
Tramp qəbulu zamanı atəş açan şəxsin saxlanıldığını açıqlayıb
-
Yaponiyada 1400 yanğınsöndürən güclü meşə yanğınları ilə mübarizə aparır
-
Ağ Ev: Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir
-
ABŞ-nin ədliyyə naziri: Trampın qəbulunda baş verən atışma ilə bağlı istintaq davam edir













