“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb
Azərbaycanın ən sürətlisi “Bakcell”, sentyabrın 4-də Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə jurnalistlər üçün səhər yeməyi təşkil edib.
Görüşdə “Bakcell” və “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti” nümayəndələri Azərbaycanda keçiriləcək sürət yarışının əhəmiyyəti barədə ətraflı danışıb, media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.
“Bakcell”in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxışında “Bakcell” və “Formula-1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024” çərçivəsində tərəfdaşlığın təsadüfi olmadığını vurğulayıb: “Hər iki tərəf özündə sürət və innovasiyaları ehtiva edir. Aprel ayında yeni brend strategiyasını təqdim edən “Bakcell”, ötən dövr ərzində bir sıra innovativ və yüksək sürətli məhsullarını istifadəçilərin ixtiyarına verib. Belə ki, şirkət ölkəmizdə mövcud ən sürətli internet xidmətini - “Fiber 1” məhsulunu təqdim edib. Bundan əlavə, “Bakcell”in yeni məhsulları olan VoWiFi (Wi-Fi üzərindən zəng) xidməti, ən geniş partnyor şəbəkəsinə malik “Bakcell Kart” və süni intellekt dəstəkli “Tarif Məsləhətçisi” müştərilərimizin xüsusi marağına səbəb olub”.
Qeyd edək ki, “Bakcell” “Formula-1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024”ün rəsmi tədbir sponsorudur. Bununla bağlı “Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında müqavilə imzalanıb.
Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkəti olan “Bakcell” “Azerconnect Group”un tərkibinə daxildir. ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir, şirkətin şəbəkəsi ölkə əhalisini 99,9 %-ni əhatə edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verməyə çalışır və ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Oxşar xəbərlər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Tarixi addım: Putinin ərazi bütövlüyünü tam təmin etdiyi dövrdə Azərbaycana baş tutan səfəri - ŞƏRH
Yeni internet qiyməti ilə razılaşmayan vətəndaşlar 130 manat cərimə olunurlar?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Rabitəbank” Asiya İnkişaf Bankının “Leading Partner Bank in Azerbaijan” nominasiyasının qalibi olub
-
Prezident xaricdə yaşayan azərbaycanlı alimlərin forumunun iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB
-
Azərbaycan Ermənistanı kommunikasiyaların açılması ilə bağlı öhdəlikləri yerinə yetirməyə çağırıb
-
Bakıda anadan olan Beqlov Sankt-Peterburq qubernatoru seçkilərində öndədir
-
UEFA Millətlər Liqası: Bu gün 8 oyun keçiriləcək
-
Paşinyan: Ermənistan Aİ ilə gündəlikdəki məsələləri genişləndirir