Elvin Hüseynov Life FM-də: Zəfərin görünməyən tərəfi
Far.Az xəbər saytı

Elvin Hüseynov Life FM-də: Zəfərin görünməyən tərəfi


"YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov PAŞA Həyat Sığorta şirkətinin layihəsi olan Life FM adlı podkastın 8 Noyabr – Zəfər Gününə həsr olunmuş xüsusi buraxılışının qonağı olub. Xankəndi Zəfər Parkında baş tutan müsahibədə Zəfərin tarixi əhəmiyyəti, onun arxasında dayanan insan taleləri, şəhid ailələrinin və qazilərin həyatına toxunan hekayələr, cəmiyyətin həmrəyliyi və gələcək nəsillər qarşısında daşıdığımız məsuliyyət müzakirə olunub.

Müsahibədən seçilmiş maraqlı məqamları təqdim edirik:

– Zəfər Gününün sizin üçün mənası nədir?

Zəfər Günü bütün xalqımız üçün qürur günüdür. Amma unutmamalıyıq ki, bu zəfərin medalının görünməyən tərəfləri də var. Orada şəhidlərimizin yarımçıq qalmış həyatları, qazilərimizin itirdikləri sağlamlıq, şəhid analarının göz yaşları və atalarını heç vaxt görə bilməyəcək övladlar var.

Elvin Hüseynov Life FM-də: Zəfərin görünməyən tərəfi

"Zəfər bizim şəhidlərimizin və qazilərimizin bizə əmanətidir. Biz bu əmanəti qorumalı və gələcək nəsillərə müqəddəs bir əmanət olaraq ötürməliyik."

– Şəhid ailələrinə dəstək olarkən ən vacib məqam nədir?

Elvin Hüseynov Life FM-də: Zəfərin görünməyən tərəfi

Şəhid ailələrinin maddi dəstəklə yanaşı, diqqətə, qayğıya və unudulmamağa ehtiyacı var. Hesab edirəm ki, hər kəs şəhid ailələrinin evinə getməli, onları ziyarət etməli, dinləməli və yanında olduğunu hiss etdirməlidir.

– "YAŞAT" Fondunun fəaliyyətində yaddaşınızda xüsusi yer tutan bir həyat hekayəsi varmı?

Elvin Hüseynov Life FM-də: Zəfərin görünməyən tərəfi

Bir neçə il əvvəl üç yaşlı şəhid övladının ağır xəstə olduğu barədə məlumat daxil oldu. Uşağın vəziyyəti kritik idi və təcili əməliyyata ehtiyac vardı. Azərbaycan, Danimarka və Türkiyə arasında koordinasiya aparıldı, uşağın Ankarada müalicəsi təşkil edildi.

Uşağın müalicəsi və əməliyyatları üçün 260 min manatdan artıq vəsait ayrıldı. Bu gün həmin uşaq məktəbə gedir, təhsil alır.

Elvin Hüseynov Life FM-də: Zəfərin görünməyən tərəfi

"YAŞAT" Fondu olmasaydı, həyat yoldaşını itirən bir ana övladını da itirə bilərdi. Bu gün isə biz həmin uşağın həyatına davam etdiyinin sevincini yaşayırıq."

– Müharibədən qayıdan insanların görünməyən yaraları barədə nə düşünürsünüz?

Biz əli olmayan insana əl, ayağı olmayan insana ayaq, gözü görməyən insana göz olmağı bacarmalıyıq. Müharibənin xatirələri hər zaman insanlarla yaşayır. Qazilərimizin mənəvi dünyasının bərpasına, sosiallaşmasına və psixoloji çətinliklərdən çıxmasına dəstək olmaq bizim əlimizdədir.

Elvin Hüseynov Life FM-də: Zəfərin görünməyən tərəfi

– Xankəndinin gələcəyini necə təsəvvür edirsiniz?

Biz Qarabağa, Xankəndinə təhsillə, mədəniyyətlə qayıtmışıq. Gələcəkdə burada təhsil alan gənclərin böyük bir hissəsi məhz bu torpaqlarda qalacaq, yaşayacaq və yaradacaq.

"Bir vətəndaşımızın "evə qalxıram" deməsi üçün biz 30 ilə yaxın zaman sərf etmişik. Ona görə də bu torpaqları qorumalı, yaşatmalı və inkişaf etdirməliyik."

Elvin Hüseynov Life FM-də: Zəfərin görünməyən tərəfi

Zəfər yalnız qazanılmış qələbə deyil, həm də qorunmalı olan əmanət, daşınmalı olan məsuliyyət və gələcək nəsillərə ötürülməli olan dəyərdir.

Life FM – PAŞA Həyat Sığorta Şirkətinin müxtəlif sahələrdə uğur qazanmış, öz təcrübəsi, dünyagörüşü və həyat hekayələri ilə seçilən şəxsləri bir araya gətirdiyi podkast layihəsidir. Layihənin əvvəlki buraxılışlarında PAŞA Maliyyə Holdinqinin Baş İcraçı Direktoru Fərid Məmmədov, PAŞA Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova, PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti və opera müğənnisi Yusif Eyvazov, Xalq artisti, bəstəkar Eldar Mansurov, eləcə də Xalq şairi Vahid Əziz kimi fərqli sahələrin tanınmış nümayəndələri qonaq olublar.

Elvin Hüseynov Life FM-də: Zəfərin görünməyən tərəfi

Tam müsahibəni YouTube kanalında izləyə bilərsiniz:

Oxşar xəbərlər

Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
"Qarabağ KOB-ları" layihəsi - şəhid ailələrinin, qazilərin məşğulluğuna və biznes təşəbbüslərinə dəstək
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər