Monteneqroda Azərbaycan vətəndaşı saxlanılıb
Monteneqroda yaşayan bir qrup azərbaycanlının günahsız yerə saxlanıldığı iddia olunur. Saxlanılan şəxslərdən biri - Anar Həsənov bildirib ki, hadisə Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin Türkiyə vətəndaşı tərəfindən bıçaqlanmasından sonra baş verib.
Far.Az Xəzər TV-yə istinadən xəbər verir ki, yerli sakinlər onların yaşadığı yataqxananı mühasirəyə alaraq daşlamağa başlayıblar və onlar dərhal polisə bu barədə məlumat veriblər. Monteneqro polisi gəldikdə isə aralarında azərbaycanlıların üstünlük təşkil etdiyi 45 nəfəri saxlayıb.
Anar Həsənov onu da iddia edir ki, saxlanılan digər şəxslər buraxılsa da, Yaqub Qurbanov adlı şəxsin ayaqqabısı şəhərdə baş verən bıçaqlanma hadisəsində iştirak edən adamın ayaqqabısına oxşadıldığından o, həbs edilib.
Məsələ ilə bağlı Azərbaycan-Monteneqro Parlamentlərarası işçi qrupunun sədri Əli Məsimli bildirib ki, insidentlə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının biri istisna olmaqla qalanları buraxılıb.
"Həmin bir nəfərlə bağlı isə araşdırma gedir. Azərbaycan vətəndaşları, onların yaşadıqları binanın yerli sakinlər tərəfindən daşlanması ilə əlaqədar aidiyyəti qurumlara müraciət ediblər. Müvafiq sorğular, digər müraciətlər də var. Araşdırma davam edir. Həmin sorğular cavablandırıldıqdan sonra məsələyə aydınlıq gələcək. Azərbaycanla Monteneqro arasında qarşılıqlı hörmətə əsaslanan, qarşılıqlı faydalı və perspektivli əlaqələr qurulub. Hər iki tərəfin səyi ilə bu əlaqələr inkişaf etdirilir. Ona görə də hər iki tərəf maraqlıdır ki, baş verənlər obyektiv araşdırılsın, normallaşsın və münasibətlər artan xətlə daha da inkişaf etsin",- deyə işçi qrupunun sədri Əli Məsimli bildirib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Monteneqroda həbs olunan azərbaycanlının kimliyi məlum oldu
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Güzəştli şərtlərlə mənzil amaq istəynələr üçün YENİ XƏBƏR
-
Bakı Beynəlxalq İncəsənət Festivalında məşhur özbəkistanlı pianoçu iştirak edəcək
-
Bakıda BIAF 2025 - Bakı Beynəlxalq İncəsənət Festivalının mətbuat konfransı keçirilib
-
122 minlik çantası, 220 minlik libası, 500 minlik evi ilə gündəm olan MƏŞHURLAR - SİYAHI
-
Litva Prezidenti Belarus məhsullarının Kalininqrada tranzitinin qadağan olunacağını bildirib
-
Aysel Məmmədova: "Bu festivalda iştirak etmək özünüzə qoyduğunuz ən böyük investisiyadır"













