Xosep Qvardiola "Barselona"ya qayıtmaq niyyətinin olmadığını açıqlayıb
Far.Az xəbər saytı

Xosep Qvardiola "Barselona"ya qayıtmaq niyyətinin olmadığını açıqlayıb


İspaniyalı məşqçi Xosep Qvardiolanın "Barselona" klubuna geri dönmək niyyəti yoxdur.

"Far.Az" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, bu barədə 55 yaşlı mütəxəssis açıqlama verib.

O, Kataloniya təmsilçisində çalışmağı düşünmədiyini söyləyib:

"Bavariyaya qayıdacağammı? Üli Höness və Karl-Haynts Rummenigge ilə hələ də əlaqə saxlayıram. Amma əvvəllər işlədiyim kluba yenidən getməliyəm? Məsələn, mən "Barselona"ya qayıtmayacağam. "Bavariya"nın Vensan Kompani kimi əla baş məşqçisi var. Ondan sonra isə yeni, gənc bir mütəxəssis gələcək".

Qeyd edək ki, son olaraq İngiltərənin "Mançester Siti" komandasına rəhbərlik edən Xosep Qvardiola "Barselona"da fəaliyyət göstərdiyi dövrdə iki dəfə UEFA Çempionlar Liqasını, üç dəfə isə İspaniya La Liqasını qazanıb.

Oxşar xəbərlər

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB-6
UEFA Çempionlar Liqası: "Sabah" evdə Dortmund "Borussiya"sı ilə bacarmayıb - Yenilənib-6
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər