 
	 
			Saxlanılan icra başçısı KİMDİR?
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Balakən Rayon İcra Hakimiyyətində aparılan əməliyyat çərçivəsində rayon icra başçısı İslam Rzayev və bir neçə digər rəsmi şəxs saxlanılıb. Əməliyyat korrupsiya və vəzifə səlahiyyətlərinin pozulması ilə bağlı aparılıb.
Far.Az saxlanılan icra başçısı İslam Rzayevin həyat və fəaliyyətinə dair məlumatları təqdim edir. İslam Vahid oğlu Rzayev 1965-ci ildə Göyçay rayonunda dünyaya gəlib. 1988-ci ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə Göyçay rayon Maliyyə idarəsində böyük iqtisadçı olaraq başlayıb. Daha sonra Vergilər Nazirliyində Göyçay rayonunun, həmçinin Bakı şəhərinin Nizami və Əzizbəyov rayonlarındakı struktur vəzifələrində şöbə rəisi, müfəttiş və idarə rəisinin müavini kimi çalışıb.
O, həmçinin "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis, 2007–2011-ci illərdə isə SOCAR-ın Audit Departamentində rəis müavini vəzifəsini tutub.
18 may 2011-ci ildən Balakən Rayon İcra Hakimiyyətinə rəhbərlik edən İslam Rzayev Yeni Azərbaycan Partiyasının üzvüdür və ailəlidir; üç övladı var.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Vəkilliyə qəbulla bağlı imtahanda uğur qazanan şəxslərin adları açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
- 	
	Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
- 	
	Saxlanılan icra başçısı KİMDİR?
- 	
	DTX-dən "Hurriyyet TV"də əməliyyat: Vüqar Məmmədov saxlanıldı
- 	
	Rusiyada azərbaycanlı iş adamı qanlı "Mercedes"də ölü tapıldı
- 	
	Dövlət Komitəsinin sədri Türkiyənin Diyanət İşləri İdarəsinin rəhbəri ilə görüşüb
- 	
	Azərbaycanda tələbə təqaüdləri ilə bağlı VACİB AÇIQLAMA













